Özünə inamlı uşaqları necə böyüdək

15 iyun 2023, 17:15,    AkhmadovRufat
Özünə inamlı uşaqları necə böyüdək

Uşaqlarımız gələcəyin memarları, arzularımızın bir parçası və cəmiyyətimizin ümididir.

 

Özünə inamlı, müstəqil və pozitiv ruhda uşaq yetişdirmək hər bir valideynin arzusudur. Lakin bu prosesdə bir çox çətinliklər və qərarsızlıqlar ilə üzləşə bilirik. Özünə inamlı uşaq böyütməyin sirri nədir?


Bu məqalədə özünə inamlı uşaqlar yetişdirmək üçün bəzi qızıl tövsiyələri sizinlə bölüşürük:


Pozitiv ünsiyyət qurun. Uşağınızla qurduğunuz ünsiyyət tərzi onların özünə inamın formalaşmasında mühüm rol oynayır. Onlara müsbət və dəstəkləyici mesajlar verin, tənqidi və təhqiredici ifadələrdən qaçın. Nailiyyətlərini və müsbət davranışlarını təqdir etmək uşaqlara özlərinə inanmağa və yeni şeylər sınamağa cəsarət etməyə yardım edir. Uşaqların özünə inamını inkişaf etdirməyə yardım edən ən mühüm amillərdən biri onlara müsbət rəy verməkdir. Onları nailiyyətlərinə görə təbrik edin, bacarıqlarını qiymətləndirin və onlarla necə qürur duyduğunuzu ifadə edin. Uşaqlarınızla açıq və müntəzəm ünsiyyət qurun. Fikirlərini, hisslərini və narahatlıqlarını bölüşə biləcəkləri mühiti yaradın. Bu onların inamını gücləndirəcək və cəsarətini artıracaqdır.

 

Kiçik öhdəliklər verin. Uşaqlarınızın yaşlarına uyğun ola biləcək öhdəliklər verməklə uğur qazana bilmə və problem həll etmə bacarıqlarını inkişaf etdirin. Bu, onlara öz bacarıqlarına arxayın olmaq imkanı verir və sərbəst qərar qəbul etməklərinə şərait yaradır. Məsələn onları kiçik yaşlarda oyuncaqlarını toplamağa və ya böyüdükcə ev işlərinə yardım etməyə təşviq edin.

 

Səhvlərdən dərs çıxarmaqlarına təşviq edin. Uşaqların səhv etmələrinə və bundan birşeylər öyrənməklərinə fürsət verin. Bu onlar üçün səhvlərdən dərs çıxarmağa və bunun vasitəsi ilə doğruları öyrənmələrinə gətirib çıxaracaq. Həmçinin öz səhvlərinizi onlarla paylaşaraq, uğura gedən yolun edilən səhvlərdən dərs çıxarmaqdan keçdiyini izah edin. Səhvlərini düzəltmək üçün onlara rəhbərlik edin və yenidən cəhd etmələri barədə onları cəsarətləndirin.


Effektiv ünsiyyət bacarıqları aşılayın. Övladlarınıza effektiv ünsiyyət bacarıqlarını öyrətməklə, onların özünə inamını artırmağa dəstək olun. Onlara fikir və hisslərini açıq şəkildə ifadə etməyin yollarını öyrədin. Eyni zamanda onlara başqalarını dinləməyi və tənqidi hörmətlə qəbul etməyi öyrənmələrinə yardım edin. Bu bacarıqlar uşaqlarınıza başqaları ilə daha yaxşı münasibət qurmağa və özlərini sərbəst ifadə etməyə imkan yaradacaq.


Uşaqlarınızı dəstəkləyin. Uşaqlarınızın maraqlarını və bacarıqlarını kəşf etmələrinə yardım edin. Onları yeni təcrübələrə və hobbilərə yönləndirərək öz potensiallarının fərqinə varmaqlarına dəstək olun. Bu prosesdə uşaqlarınızın inkişafını təqdir etmək və təşviq etmək vacibdir. Eyni zamanda, onların səylərini qiymətləndirmək və daha çoxu üçün həvəsləndirmək özlərinə inam yaratmağa və potensiallarını maksimum dərəcədə artırmağa kömək edəcək.


Yüksək emosional intellektə sahib olmağı öyrədin. Uşaqlarınıza öz hisslərini ifadə etməyi və başqalarının hisslərini başa düşməyi öyrədin. Yüksək emosional intellekt uşaqların özünə inamını artırır və sosial bacarıqlarını gücləndirir. Onlara emosiyalarını idarə etmək və başqaları ilə empatiya qurmaq yollarını göstərin. Bu, uşaqlarınızın dostluq və sosial münasibətlərdə uğur qazanma şanslarını artıracaq.


Üzləşdikləri uğursuzluqların öhdəsindən necə gəlməli olduqlarını öyrədin. Uğursuzluq həyatın qaçılmaz hissəsidir. Bunun qarşısında cəsarətli və dözümlü olmağı öyrənmək uşaqlarda özünə inam hissi yaradır. Onları həvəsləndirin, uğursuzluqlar qarşısında belə təslim olmamağı və hər təcrübədən öyrənməyi öyrənmələrinə kömək edin.


Valideynlər olaraq, uşaqların özünə inamlı fərdlər kimi böyüməsinə kömək etmək üçün edə biləcəyiniz çox şey var. Pozitiv ünsiyyət, kiçik öhdəliklər, səhvlərdən dərs çıxarma, effektiv ünsiyyət bacarıqları, uşaqları dəstəkləmə, emosional intellektual bacarıq, uğursuzluqların öhdəsindən necə gəlməli - kimi üsullar uşaqların özünə inamını inkişaf etdirmək üçün son dərəcə təsirli olur. Bu tövsiyələrə əməl etməklə siz uşaqlarınızın özünə inamlı, güclü və uğurlu fərdlər olmasına dəstək ola bilərsiniz.

 

Hər bir uşaq unikaldır və özünə inamlı bir uşaq yetişdirmək onların unikallığını qiymətləndimək və inkişaf etdirmək prosesidir.

 

Əziz valideynlər! Schoolplus ailəsi olaraq bu yolda sizlərə, peşəkar psixoloqlarımızın rəhbərliyində “Özünə inam” tədris proqramını təklif etməklə öz dəstəyimizi bildirməkdən məmnunluq duyuruq!

 Bəyən:  7
Baxış sayı:  887