Davranış Kodeksi

Son yenilənmə: 05.07.2023
  1. Qeydiyyat ilk 3 dərs zamanı ləğv edilə və keçirilməyən dərslərin ödənişi qaytarıla bilər. Qeydiyyat 3 dərsdən sonra ləğv edildikdə, edilən ödəniş geri qaytarılmır, ağır xəstəlik, fövqəladə hallar, təbii fəlakətlər, ölüm halları istisna olmaqla.
  2. Həftə içi saat 10:00-22:00, həftə sonu saat 12:00-18:00 aralığında xidmətinizdəyik.
  3. Əgər şirkət müəllimin effektiv şəkildə dərs tədris etmədiyini aşkarlasa bu zaman onu işdən uzaqlaşdırmağı öz öhtəsinə götürür. Beləliklə, sizin övladınızın keyfiyyətli tədris alması üçün müəllim dəyişikliyi edə bilərik.

Öyrənənin davranış kodeksi

  1. Dərsə 5 dəqiqədən çox gecikməyin. Texniki problemlər səbəbindən gecikməmək üçün dərsə 10 dəqiqə əvvəldən qoşulmağınız tövsiyyə olunur. Komandamız ən qısa zamanda sizə kömək etməyə hazırdır, lakin siz tərəfdən hər hansı gecikməyə görə məsuliyyət daşımırıq.
  2. Dərs müddətinin yarısına gecikdiyinizdə və bu barədə məktəbə məlumat vermədiyinizdə, müəllim dərsi tərk edir.
  3. Başqa öyrənənlərə və müəllimə təhlükəsiz, rahat bir öyrənmə mühiti yaratmaq üçün dərsə uyğun bir şəkildə geyinin və onlara hörmət edin.
  4. Hər bir dərsin böyük bir öyrənmə təcrübəsinə çevrilməsində aktiv iştirak edin və diqqəti yayındıran mövzulardan çəkinin.
  5. Mənşəyindən, inancından, cinsindən və irqindən asılı olmayaraq hər bir öyrənən və müəllim üçün təhlükəsiz, xoş qarşılanacaq bir öyrənmə mühiti yaradın.
  6. Şəxsi məlumatı gizli saxlayın və başqalarından şəxsi məlumatı bölüşməyi istəməyin.
  7. Öyrənən qrupla təhsil alırsa və dərsi buraxırsa, bu dərsin ödənişi geri qaytarılmır. Dərsin videosu öncədən tələb olunduğu təqdirdə təqdim olunacaq.
  8. Öyrənən məlumat vermədən ardıcıl 3 dərs buraxarsa, müəllim onu dərsdən çıxarmaq hüququna malikdir. Bu halda ödəniş geri qaytarılmır, ağır xəstəlik, fövqəladə hallar, təbii fəlakətlər, ölüm halları istisna olmaqla.
  9. Dərsin vaxtı dərsdən ən azı 4 saat əvvəl dəyişdirilə və ya ləğv edilə bilər, ağır xəstəlik, fövqəladə hallar, təbii fəlakətlər, ölüm halları istisna olmaqla.
  10. Bütün tərəflər uyğun vaxt barədə razılığa gəlsələr və ya onu uyğun hesab edərlərsə, dərsin vaxtı dəyişdirilə bilər. Ləğv, bütün tərəflər uyğun hesab edərsə edilə bilər.
  11. Məktəb tətil günlərində və ya fövqəladə hallarda dərsi ləğv etmək və ya vaxtını dəyişmək hüququna malikdir.
  12. Ləğvetmə və vaxt dəyişmə qaydaları:
  • Dərslər həftədə bir dəfə keçirilir:
    • Fərdi öyrənənlər:
      • Öyrənənin 1 vaxt dəyişdirmə və 1 ləğvetmə hüququ var
    • 2 nəfərlik qrup:
      • Hər bir öyrənənin yalnız 1 dəfə vaxt dəyişdirmə hüququ var
    • 2 nəfərdən böyük qrup:
      • Heç bir ləğv və ya vaxt dəyişmə edilə bilməz
  • Dərslər həftədə bir dəfədən çox keçirilir:
    • Fərdi öyrənənlər:
      • Öyrənənin 2 vaxt dəyişdirmə və 2 ləğvetmə hüququ var
    • 2 nəfərlik qrup:
      • Hər bir öyrənənin 1 vaxt dəyişdirmə və 1 ləğvetmə hüququ var
    • 2 nəfərdən böyük qrup:
      • Hər öyrənənin 1 ləğvetmə hüququ var

Valideynin davranış kodeksi

  1. Ödənişi vaxtı vaxtında edin. Ödəniş dərsdən 6 saat saat əvvəl edilməlidir. Ödəniş xatırlatmasından sonra heç bir cavab almasaq yeni tədris ayının ilk dərsini ləğv edirik. Yeni tədris ayının 2-ci dərsinə qədər ödənişlə bağlı heç bir cavab almasaq, o zaman öyrənəni qrupdan çıxarırıq. Fərdi tədris aldığınız zaman qrupu bağlayırıq.
  2. Tədris zamanı çatışmayan detalları aydınlaşdırmaq üçün müəllimə sual verməkdən çəkinməyin və konstruktiv rəyini bildirin.
  3. Dərs zamanı övladının iştirakını təşviq edin. Bir çox dərslər qrup söhbətinə əsaslanır və bir tələbənin aktiv olmaması dərsə neqativ təsir göstərə bilər.
  4. Valideynlər diskussiyalarda iştirak edə bilər, fərqli fikirlərə hörmətlə yanaşın.
  5. Bizə hər kəs üçün təhlükəsiz və etibarlı bir yer olmağımıza kömək edin.

Müəllimlərin Davranış Kodeksi

  1. Hazır olun, vaxtında başlayın və bütün öyrənənlərə hörmətlə yanaşın.
  2. Öyrənənlərin inkişaf hesabatlarını ayda bir dəfə təşkilatçılara göndərin (bütün proqramlara aid deyil).
  3. Dərsin başlamasına ən azı 4 saat qalmış dərsi təxirə salın, fövqəladə hallar, təbii fəlakətlər, ölüm halları istisna olmaqla. Fors-major hallar baş verərsə, şirkətə mümkün olan ən qısa zamanda məlumat verilməlidir.
  4. Hər zaman peşəkar tərzdə geyinin (saçlar səliqəli, çiyinlər örtülü).
  5. Fövqəladə hallar istisna olmaqla, iş saatlarında mobil telefondan istifadə etməkdən çəkinin.
  6. Dərs zamanı hər bir şagirdə eyni diqqət yetirin.
  7. Valideynlərin və rəhbərlərin sorğularına qısa zamanda cavab verin.
  8. Dərs məzmunu ilə əlaqəli olmayan bütün sorğuları şirkət rəhbərlərinə yönləndirin.
  9. Mənşəyindən, inancından, cinsindən və irqindən asılı olmayaraq hər bir uşaq və ailə üçün təhlükəsiz və qonaqpərvər mühit yaradın.