Tez-tez verilən suallar

SCHOOLPLUS uşaqlar üçün dərslər təqdim edən onlayn məktəbdir. Biz valideynlərə qeydiyyatdan keçərək övladları üçün müxtəlif mövzular üzrə əla proqramlar tapmağa kömək edirik. SCHOOLPLUS kiçik qrupda keçirilən praktiki, interaktiv, onlayn dərsləri vasitəsilə əla öyrənmə təcrübəsi təqdim etməyə diqqət yetirir. Hər bir pedaqoqun şəxsi və peşəkar keçmişi yoxlanılır və komandamız tərəfindən keyfiyyətli təlimlər keçirilir.
Hal-hazırda dərslərimiz onlayn tədris olunduğu üçün fiziki ünvanımız yoxdur. Dərslərimiz isə ZOOM platforması üzərindən tədris olunur.
SCHOOLPLUS onlayn proqramları 4-18 yaş arası öyrənənlər üçün uyğundur. Həmçinin, proqram siyahısında yaş aralığını göstərilir.
Öyrənənlərin təhlükəsizliyi bizim əsas prioritetimizdir. Dərslərin təhlükəsiz olmasına əmin olmağımızın bir yolu, SCHOOLPLUS dərslərimizin bütün iştirakçılarının 18 yaşdan kiçik uşaqlar olmasına zəmanət verməkdir. Biz bütün öyrənənlərin dərs zamanı sosiallaşma mühitinin yaranması üçün audio/videonu aktivləşdirməyə təşviq etsək də, bunun hər zaman belə olmayacağını başa düşürük. Dərs zamanı kamerasını yandırmaq istəməyən uşaqlardan dərsin əvvəlində kameranı işə salmalarını xahiş edirik. Əgər siz dərs zamanı şagirdə nəzarət edən valideynsinizsə, mümkün qədər ekrandan kənarda qalmanızı xahiş edirik. Əgər övladınız dərs zamanı sizdən daha fəal iştirak və ya nəzarət tələb edirsə, dərsdən əvvəl bizə məlumat vermək üçün bizimlə əlaqə saxlayın.
Biz bütün müəllimlərin peşəkar təcrübəsini və təhsilini və ya öyrənənlərlə bölüşmək istədikləri unikal biliyə malik olmalarını yoxlayırıq. Komandamız həmçinin müəllimlərin onlayn dərsləri uğurla keçirmək üçün texniki bacarıqlara malik olmasını təmin edir və biz müəllimlərimizin hər biri üçün hərtərəfli təlim və peşəkar inkişaf imkanlarını da yaradırıq. Hər bir proqramı vebsaytda yerləşdirilməzdən əvvəl komandamız tərəfindən nəzərdən keçirilir və təsdiqlənir və beləliklə bütün SCHOOLPLUS proqramlarının məzmun, müəllim standartları və başqa standartlarımıza cavab verməsini təmin edirik.
SCHOOLPLUS-a qoşulmaq pulsuzdur və hər bir proqram dərs formatına, müəllimin qərarına və ümumi SCHOOLPLUS qiymət siyasətinə əsasən fərqli qiymətləndirilir. Biz kredit/debet kartı və MilliÖn/eManat ilə ödənişi qəbul edirik.
SCHOOLPLUS interaktiv dərslər təklif edir və buna görə də dərslərimiz kiçik qruplarda keçirilir. Eyni ailədən bir neçə uşağın inkişafını bizə etibar edən ailələri dəyərləndiririk və buna görə də dərslərimizə qoşulan hər növbəti uşaq üçün 10% endirim təklif edirik.
Biz öyrənənlərimizi seçdikləri cihazdan istifadə edərək iştirak etməyə dəvət edirik. Onlayn dərslər üçün Zoom-dan istifadə edirik. Sizə işləyən veb-kamera və mikrofon və güclü internet bağlantısı lazımdır. Materiallar adətən təlimatçı tərəfindən təmin edilir, lakin tələb olunarsa, öyrənənlər istənilən kitab mağazasından material almalıdırlar.