İnsanlar hər zaman həyatlarını daha rahat edəcək və onlara daha münasib olan xidmətlər əldə etmək istəyirlər. Yeni dövrdə bu daha da çox hiss olunur.
Burada yanlış heç nə yoxdur! Lakin istehlakçılar kütlənin düşüncə tərzini mənimsədikcə, tələbi ödəmək üçün dəyişikliklər etmək lazım gəlir.
Bununla da bir çox digər xidmətlərlə yanaşı onlayn təhsil yaranmış oldu.
Biz valideynlər onlayn təhsilin yeni ənənə olacağını bilirdik, lakin indi dərk edirik ki, bu cür öyrənmə səthi deyil, əksinə olduqca hərtərəflidir.
Ona görə də, yəqin ki, onlayn təhsilin faydaları sizə maraqlı gəlir.
Əgər bu sizin və ailəniz üçün tamamilə yeni bir haldırsa, diqqətli olun - ənənəvi və onlayn öyrənmənin arasında bir sıra fərqlər var.
Amma bu mənfi bir şey deyil.
Əksinə müsbətdir, çünki övladınızın günlərini oflayn təhsillə yanaşı yeni və fərqli onlayn təhsil modelləri ilə tamamlamağın inanılmaz dərəcədə faydalı olduğunu görəcəksiniz.
Onlayn öyrənmənin faydaları
- Dərhal öyrənmə: Uşaqlarınız vaxt itirmədən öyrənməyə başlaya bilər
- Çeşidlilik: Geniş çeşiddə onlayn proqramlar tapıla bilər
- Fərdiləşdirmə: Uşaqlar ehtiyaclarına uyğun olan üsulları və müəllimləri seçə bilər
- Rahatlıq: Övladınız istənilən yerdən dərslərə qoşula bilər
- Fərdi sürətlə öyrənmə: Uşaqlar istədikləri sürətlə inkişaf edə bilər
Dərhal öyrənmə, təkliflərin çeşidliliyi, rahatlıq, fərdi sürətlə öyrənmə – bunlar onlayn təhsilin bir neçə əsas üstünlüklərini təşkil edir.
1. Vaxt itirməyin... dərhal öyrənməyə başlayın!
Əgər siz də bu imkandan yararlanmaq istəyirsinizsə, bu bloqu oxumağı dayandıra və siçanın düyməsinə daha dörd və ya beş dəfə toxunmaqla uşağınızın onlayn öyrənməsinə nail ola bilərsiniz.
Əlbəttə ki, fürsətdən asılı olaraq diqqətli, ehtiyatlı olmalısınız və büdcə və ya istəyinizə uyğun olmayan bir şey üçün pul ödəməyə tələsməməlisiniz. Amma əsas məsələ budur ki, onlayn dərslərə uşağınız bir saniyə içində başlaya bilər.
Eyni zamanda bir çox müxtəlif seçimlər olduğundan bir-birindən fərqlənən onlayn təhsil seçimləri mövcuddur... Bəziləri asan girişə icazə vermək üçün qurulmuş, digərləri isə sizdən qeydiyyatdan keçməyinizi, profil yaratmağınızı, abunə olmağınızı və başqa addımları atmağınızı tələb edir. Lakin hətta ən pis hallarda belə, uşağınızın bu gün dərslərə başlamasının qarşısını alacaq çoxlu maneələr yoxdur.
2. Müxtəlif çeşidli təkliflər
Ənənəvi öyrənmənin ən böyük üstünlüyü onun strukturundan ibarətdir. Belə ki, bu struktura ildən-ilə və bütün il boyu eyni dərsləri tədris edən kursların olması daxildir: riyaziyyat, tarix, elm və başqa kurslar; Nə demək istədiyimi yəqin ki, başa düşürsünüz.
Bəs çatışmazlıqlar? Çatışmazlıqlara bu tip öyrənmənin bir qədər dəyişməz olması və yeni, səciyyəvi və müvafiq metodları təqdim etmə zamanı qarşıya çıxan çətinliklər aiddir.
Onlayn öyrənmə ilə mövzular, demək olar ki, qeyri-məhduddur. Əgər uşağınızın öyrənmək istədiyi bir şey varsa, yəqin ki, hazırda bu seçimi etmək üçün bir çox onlayn platforma tapa bilərsiniz. Dövrün tələblərinə uyğun olaraq, növbəti nəhəng tendensiya da yəqin ki, vaxtında təqib ediləcək. (Məsələn, onlayn kurs nəhəngi olan Udemy 100.000-dən çox kursa malikdir.)
3. Müxtəlif öyrənmə metodlarına uyğundur
Hər bir tələbə öyrənə bilər, onlar sadəcə fərqli tərzdə öyrənirlər. Bəziləri böyük qruplarda mənimsəyə bilir, digərləri isə böyük qruplarda diqqətlərini cəmləməkdə çətinlik çəkdiyindən fərdi və ya kiçik qruplarda daha yaxşı nəticə göstərir. Bəziləri kitablarla, bəziləri videolarla öyrənir... Bəziləri isə bütün bunların hamısına bir qədər ehtiyac duyur!
Onlayn öyrənmə bu müxtəlif öyrənmə üslublarının hamısına xidmət edir.
Bütün bunların fonunda yeni bir üstünlük peyda ola bilər... Ola bilsin, siz uşağınız üçün mükəmməl öyrənmə mühitini hələ də tapmamısınız. Onlayn təhsil potensial olaraq həyatınızı dəyişən təcrübələrə imkan yaradır.
4. Rahatlıq
Bu üstünlük yuxarıdakılara çox bənzəyir, ona görə də çox ətraflı danışmayacağıq, lakin öyrənmə mühiti də fərq yarada bilər.
Evdəki rahatlıq hər şeyi yaxşılaşdırır deyilmi? Digərləri qəhvəxananın səs-küyünə və ya evlərinin yanındakı parkın sakitliyinə üstünlük verə bilər. Qısaca, limitsiz internetin olduğu hər yer rahat öyrənməni sizin ayağınıza gətirə bilər.
5. Tələbə istədiyi sürətdə öyrənə bilir
Bəzən elə olur ki, uşaqlar öyrənmək üçün həvəsli ola və özündə stimul hiss edə bilər, lakin digər günlərdə vəziyyət birmənalı olaraq fərqli ola bilər. Əksər onlayn öyrənmə imkanları ilə uşaqlar və yeniyetmələr öyrənmə prosesinə istədikləri qədər çox və ya az vaxt sərf edə bilərlər.
Valideyn olaraq siz yəqin ki, övladınızın gün ərzində ən azı bir neçə saat öyrənməyə sərf edə biləcəyinə ümid edirsiniz. Ya da, əksinə, siz uşağınızın monitor qarşısında oturaraq səhər öyrənməyə yalnız bir saat, günortadan sonra başqa bir saat sərf etməyini üstün tuta bilərsiniz.
İndi isə öyrənməyə başlamaqdan danışaq...
Əgər siz də əksər valideynlər kimisinizsə, dərhal başlaya bilmək kimi üstünlük, yəqin ki, sizə də çox cəlbedici gəlir.
Onlayn öyrənmənin bütün növləri haqqında danışa bilməsək də, SchoolPlus-ın təklif etdiyi fərdi və ya kiçik qruplarda keçirilən dərslər barədə ətraflı məlumat verə bilərik.
Əgər siz fərdi və ya kiçik qrupda öyrənmə təcrübəsi axtarırsınızsa, onlayn dərslərimiz vasitəsilə kodlaşdırma, vaxtın idarə edilməsi, xarici dillər və sair kimi mövzularda tələb olunan bacarıqları inkişaf etdirə bilərsiniz. Onlayn dərslərimizə qoşulmaq istəyən dost və ya bacı-qardaşlarınız varmı? Əla! İndi onlar sınaq dərsinə pulsuz qoşula bilərlər.