Blok proqramlaşdırma nədir?

13 noyabr 2022, 00:15,    AkhmadovRufat
Blok proqramlaşdırma nədir?

Blok əsaslı kodlaşdırma və ya proqramlaşdırması “işarələ və yerləşdir” öyrənmə mühitindən istifadə edir. Burada proqrammistlər animasiyalı hekayə və oyunlar yaratmaq üçün özünəməxsus kodlaşdırma təlimatlı "bloklardan" istifadə edir. Mətn əsaslı kodlaşdırmadan fərqli olaraq uşaqlara təsvirlər vasitəsilə hesablama təfəkkürü ilə bağlı ilkin anlayışları qazandırır və kodlaşdırmaya yeni başlayan uşaq və gənclər üçün nəzərdə tutulmuşdur.

“Bloklar”dedikdə nə nəzərdə tutulur?

“Bloklar” istifadəçinin proqramda yaratdıqlarına nə edəcəyini söyləmək üçün hazırladığı təlimatlardır.

Məsələn, Scratch proqramlaşdırma dili blok əsaslıdır və uşaqların öyrəndiyi ən məşhur kodlaşdırma dillərindən biridir. Scratch proqramlaşdırma dilində bloklar aşağıdakı kimi müəyyən edilir:

Hərəkət Blokları: Hərəkətə nəzarət etmək üçün istifadə olunur və “sprite”lara (Scratch şəkillərinə)  hərəkət etməsi və onlara özünə, digərlərinə münasibətdə və ya istənilən bir istiqamətdə çervrilməsi üçün təlimat verir.

Məsələn, istifadəçilər hərəkət blokları vasitəsilə bir “sprite”a 10 addım irəli getməyi və ya 15 dərəcə sağa dönməyi söyləyə bilər.

Görünüş blokları: “Sprite”ın görünüşünü dəyişdirmək üçün istifadə olunur və “sprite”a nə isə deməyə və ya düşünməyə vadar edə, geyim və ya fonlarını, hətta onun ölçü və ya qrafik effektlərini dəyişə bilər.

Məsələn, istifadəçilər öz “sprite”larına ekranda dialoq qutusunu daxilində “salam!” sözünü 2 saniyə ərzində demək təlimatını verə bilər.

Səs blokları: Hekayə və ya oyuna xüsusi səs effektləri əlavə etmək, səsin yüksəkliyi və sairə kimi xüsusiyyətləri redaktə etmək, eləcə də müxtəlif səslərin səviyyəsini dəyişmək üçün istifadə olunur.

Məsələn, “miyau” səs effektini səsləndirmək üçün bir səs blokundan, bütün səsləri dayandırmaq üçün isə başqa bir səs blokundan istifadə edilə bilər.

Bloklar dəyərli öyrənmə təcrübəsini təmin edir. Belə ki, uşaqlar Scratch proqramlaşdırma dilində işləyərkən tezliklə başa düşürlər ki, proqramlar yalnız onlara verilən təlimatları yerinə yetirir və kodu yalnız “yazıldığı” ardıcıllıqla emal edir.

“Sprite” haqqında daha çox məlumat verin!

Yuxarıda da qeyd edildiyi kimi, “spite” personaj və ya obyekt ola bilən şəkil hesab oluna bilər. Beləliklə, Scratch proqramlaşdırma dilində personaj yaratmaq "sprite çəkmək" adlanır.

“Sprite”ları forma adlanan alətin köməyilə asanlıqla yaratmaq mümkündür və bununla yanaşı, onların rəng effektləri görünüş bloku vasitəsilə dəyişdirilə bilər.

İşarələ və yerləşdir kodlaşdırması ilə nələr yarada bilərsiniz?

Scratch kimi proqramda blok əsaslı kodlaşdırma ilə uşaqlar öz təxəyyüllərindən istifadə edərək istənilən sayda sprite yarada, yaratdıqlarını animasiya və hekayə şəklində canlandıra bilərlər.

Məsələn, Scratch proqramında uşaqlar aşağıdakıları edə bilər:

Klikləmə oyunu. Burada oyunçu şarları partladaraq xal qazanmaq məqsədilə ekrandakı elementlərə klikləyir. Hər bir şara kliklədikcə, ekranın fərqli bir hissəsində müxtəlif rəngdə olan yeni şar peyda olur.        

Təqib oyunları oyunçulara başqa bir xarakter və ya obyekti "izləyən" bir personajı idarə etməyə imkan verir. Məsələn, bu personaj ekranda istənilən istiqamətdə üzən balığı tutmağa çalışan səkkizayaqlı ilbiz ola bilər.

Pinq-ponq oyunları adından da göründüyü kimi sıçrayan topun yerə toxunmaması üçün arxaya-qabağa hərəkət edən raketkadan ibarət oyun növüdür və həmin raketkanı hərəkət etdirmək üçün siçandan istifadə olunur. Scratch ilə Pinq-ponq oyununu hazırlamağı bizimlə öyrənə bilərsiniz.

Uçuş oyunlarında oyunçu “sprite”ları idarə etmək üçün yuxarı və aşağı oxlardan istifadə edir və bu “spite” ekranda fırlanan böcəyi tutmaq üçün hərəkət edən bir quş ola bilər.

Macəra oyunları bir az daha qabaqcıldır və oyunçuların müxtəlif fonlarda çoxsaylı oyun səviyyələrində irəlilədikcə obyektləri toplaması məqsədilə qurulmuşdur.

Kodlaşdırma dərslərimizə qoşulun

Hazırda blok əsaslı kodlaşdırmanı öyrənməyə hazır olan uşaqlar bunu bizim kiçik qrup və ya fərdi onlayn kodlaşdırma dərslərimiz ilə edə bilərlər. Uşaqlar üçün müxtəlif kodlaşdırma proqramları haqqında daha çox məlumatı bizə yazaraq əldə edə bilərsiniz.

 Bəyən:  8
Baxış sayı:  1081