Öyrənməyi Öyrən

Həyati bacarıqlar

Flag az

Fərqli metodlar ilə övladlarınız öyrənməyi daha effektiv şəkildə öyrənib vaxtlarını prioritetləşdirəcək, zamanı daha səmərəli istifadə edəcəklər. Effektiv metodlarla övladlarınızın dərslərini 2 dəfə daha tez öyrənməsini istəyirsinizsə, bu proqram sizin üçündür.

Zemfira Qaimova
Zemfira Qaimova
Rəy yoxdur

Proqramın təsviri

Öyrənməyi öyrən proqramı zaman övladınıza yeni informasiyanı düzgün yadda saxlamağı və sonra doğru istifadə etməyi öyrədəcəyik. Eyni zamanda, övladınız vaxtını düzgün idarə etməyi öyrənəcək. Ümumilikdə, proqram 4 hissədən ibarətdir:

  • Prioritetləşdirmə
  • Plan qurma
  • Effektiv dərs oxuma texnikaları
  • Yekun dərs (Hər bir uşaq üçün individual planın hazırlanması)

Öyrədəcəyim bütün texnikalar elmi araşdırmalar nəticəsində alimlərin gəldiyi qənayətlərdir. Bir ayın sonunda övladınız sizin köməyiniz olmadan dərslərini planlaşdıracaq və ev tapşırıqlarına 2 dəfə daha tez bitirəcək.

Qeyd: Bu proqram onları əlaçı etmək üçün deyil.

 

Zemfira Qaimova

Zemfira Qaimova

Haqqında

Salam! Mən Zemfira Qasımova və Seçenov universitetinin 5-ci kurs tələbəsiyəm. Eyni zamanda, xarici dillər, web-dizayn, şahmat və üzgüçülüklə məşğul olmağı sevirəm. Təbii ki bu həmişə belə olmayıb. Məktəbdə dəsr planı qurmağı bacarmadığıma görə əlavə sevdiyim işlərlə məşğul ola bilmirdim. Universitetə qəbul olduqdan sonra "study management" haqqında öyrəndim. Artıq 5 ildir ki, bu mövzuda müxtəlif kitablar oxuyuram və kurslara qatılıram. Sizinlə bu mövzu ilə əlaqədər təcrübəmi paylaşamağa sevinərəm!

Rəy yoxdur