Scratch proqramlaşdırma & Microsoft

Kodlaşdırma

Flag az
Flag en

Övladınız telefon və kompyuterdə çox vaxt keçirir? Oyun oynamağı sevir? Bu proqram ilə övladınız bu sevgi və marağı faydalı məşğuliyyətə çevirə biləcək. Övladınız SCRATCH proqramımızın ilk dərsindən oyunlar, layihələr və animasiyalar quraraq və əylənərək, kodlaşdırmanı öyrənəcək. Proqramlaşdırma bacarığı isə gələcəyin bacarığıdır və onun erkən yaşlardan öyrədilməsinin uşağın məntiqi inkişafı, problem həll etmə, təşkilatçılıq və başqa bacarıqlarının təkmilləşməsində böyük rolu var.

Ravana Goyushlu
Ravana Goyushlu
  3-5 il
Rəy yoxdur

Proqramın təsviri

Bu proqram zamanı öyrənənlər kodlaşdırma ilə bağlı ilkin anlayışları öyrənəcəklər. Alqoritm anlayışını mənimsəyib, layihələrdə tətbiq edəcəklər. Scratch plaforması ilə yaxından tanış olacaqlar. Blokların işləmə funksiyasını öyrənib öz personajlarına animasiya verəcəklər. Spraytlara kod yazma və onun funksiyalarını inkişaf etdirməyi öyrənəcəklər. Müxtəlif səhnəciklər quracaqlar. Flappy birds, Ninja fruit kimi məhşur oyunları sıfırdan yaradacaqlar, bir sözlə həm kodlamanı öyrənəcəklər, həm də qurduqları komputer oyunlarını oynayacaqlar. Ev tapşırıqları dərsdə keçirilənlərə müvafiq olaraq veriləcəkdir. 

Sizin tədris planınız

4 dərs

$12.94 dərs başına
  Həftədə 1 dərs
$51.76
$51.76 aylıq
Ən populyar

8 dərs

$12.94
$12.29 dərs başına
  Həftədə 2 dərs
$103.53
$98.35 aylıq

12 dərs

$12.29
$11.65 dərs başına
  Həftədə 3 dərs
$147.53
$139.76 aylıq

20 dərs

$11.65 dərs başına
  Həftədə 0 dərs
$232.94
$232.94 cəmi
Ravana Goyushlu

Ravana Goyushlu

Haqqında

Salam. Mən Rəvanə Göyüşlü və 2015ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə riyaziyyat və informatika müəllimi ixtisası üzrə qəbul olunmuşam. 1 il uğurlu göstəricilərim olduğu üçün Təhsil nazirliyinin nəznində "SABAH grupları"na qəbul olunmuşam və təhsilimi orada davam etdirmişəm.

Təhsil nazirliyi nəznində Azərbaycan respublikası Təhsil institutunda "STEAM Azerbaijan" layihəsi çərçivəsində "layihə əsaslı öyrənmə", "birpalatalı platformalar üzərində kodlaşdırma" , "Modelləşdirmə və dizayn" dərsləri üzrə təlim almışam. 

Fizika, riyaziyyat və informatika liseyində 5 ay təcrübəçi riyaziyyat və informatika müəllimi kimi çalışmışam. Coursera platformasında Edinburg universiteti tərəfindən yaradılan 5 həftəlik "kodlama" kursunu bitirmişəm.

Artıq 1 ildir ki, SCHOOLPLUS ONLAYN MƏKTƏB ilə 50yə yaxın 6-15 yaşlı uşaq və gəncləri müvəffəqiyyətlə öyrətmişəm və kodlaşdırmaya maraqlarını artırmışam.

 

Rəy yoxdur