Uşaqlar üçün Python proqramlaşdırma kursunda övladlarınız əylənərək kodlaşdırma bacarığı əldə edəcəklər. Alqoritm anlayışı, Pythonun kompüterə yüklənməsindən maraqlı layihələrin yazılmasına qədər övladınız bir çox biliklər əldə edəcək. Bununla yanaşı məhşur oyunların kodlarını Pythonda yazmağı öyrənəcəkdirlər (rəqəm təxmin etmə oyunu, daş-qayçı-kağız oyunu). Eyni zamanda Python proqramlaşdırma dilinin funksiyalarından biri olan bağa ilə müxtəlif rəngarəng fiqurlar çəkməyi öyrənəcəklər.
Dərslər həftədə 1, 2 və ya 3 dəfə 50 dəqiqə olmaqla 3 ay müddətində keçirilir. Ev tapşırığı dərsdə keçirilənlərə əsasən verilir. Proqramın mənimsədilməsi şagirdlərin qavrama səviyyələrinə görə müəyyən olunur. Şagirdlərin inkişaf səviyyələrinin ölçülməsi məqsədi ilə onlara müxtəlif test tapşırıqları və fərdi layihələr verilir. Hər ay sonu şagirdlər sertifikatlarla təltif olunurlar.
Salam. Mən Rəvanə Göyüşlü və 2015ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə riyaziyyat və informatika müəllimi ixtisası üzrə qəbul olunmuşam. 1 il uğurlu göstəricilərim olduğu üçün Təhsil nazirliyinin nəznində "SABAH grupları"na qəbul olunmuşam və təhsilimi orada davam etdirmişəm.
Təhsil nazirliyi nəznində Azərbaycan respublikası Təhsil institutunda "STEAM Azerbaijan" layihəsi çərçivəsində "layihə əsaslı öyrənmə", "birpalatalı platformalar üzərində kodlaşdırma" , "Modelləşdirmə və dizayn" dərsləri üzrə təlim almışam.
Fizika, riyaziyyat və informatika liseyində 5 ay təcrübəçi riyaziyyat və informatika müəllimi kimi çalışmışam. Coursera platformasında Edinburg universiteti tərəfindən yaradılan 5 həftəlik "kodlama" kursunu bitirmişəm.
Artıq 1 ildir ki, SCHOOLPLUS ONLAYN MƏKTƏB ilə 50yə yaxın 6-15 yaşlı uşaq və gəncləri müvəffəqiyyətlə öyrətmişəm və kodlaşdırmaya maraqlarını artırmışam.