Minecraft uşaqların ən sevdiyi oyunlardan biri olmaqla yanaşı kodlaşdırmaya ilk addımları atmaq üçün mükəmməl bir oyundur. Bill Gates 13, Elon musk 10, Mark Zuckerberg isə hələ 8 yaşında olarkən proqramlaşdırmaya başlamışdılar və bu gün etdikləri yeniliklər və qurduqları şirkətlərin də texnoloji yönümlü olması təəccüblü deyil. Heç şübhəsiz, proqramlaşdırmaya erkən yaşda başlamaları onların həyatında bu cür böyük təsir qoyub və hər birini uğurlu iş adamı edib. İnanıram ki, sizin də övladlarınız erkən yaşdan proqramlaşdırmanı öyrənməklə öz yaşıdlarından fərqlənəcək və texnologiyanın əhəmiyyətinin daha çox artacağı gələcəydə öz yerlərini tutacaqlar!
Minecraft uşaqlarınıza oynamaqla öyrənməyi sevdirəcək. Müasir dövrdə uşaqların texnoloji alətlərlə iç-içə olduğu bir zamanda onlara sinif otağında və köhnə üsullarla öyrənmək bezdirici gəlir və bəlkə də artıq onlara öyrənməyin yeni və maraqlı üsullarını göstərmək lazımdır. Niyə görə Minecraft ?
1. Çünki, burda hər yaş səviyyəsinə uyğun əyləncəli tapşırıqlar var
2. Bu tapşırıqlar uşaqların kreativliyini və quruculuq qabiliyyətlərini inkişaf etdirir
3. Uşaqlar burda digər yaşıdları ilə birlikdə komanda şəklində oynaya və öyrənə bilər
4. Bu oyun proqramlaşdırma ilə birlikdə onlara ətraf mühiti qorumaq, müxtəlif materiallardan istifadə edərək konstruksiyalar tikmək kimi önəmli anlayışları izah edəcək
5. Bütün bunları edərkən isə həm komandada işləmə bacarıqlarını həm də ünsiyyət və kommunikasiya bacarıqlarını inkişaf etdirmiş olacaqlar