İbtidai sinif dərsləri

Riyaziyyat, Elm və Təbiət, Həyati bacarıqlar

Flag az

İbtidai təhsil, təhsil sistemində ilkin yəni başlanğıc mərhələni əhatə edir. İbtidai təhsil, uşaqların məktəbə birinci addımlarını atdıqları və əsas bilikləri, bacarıqları öyrəndikləri dövrdür. Bu mərhələdə uşaqlar oxuma, yazma, riyaziyyat, təbiət elmləri və digər əsas dərsləri öyrənirlər. Bu dövrdə öyrədilənlər uşaqların gələcək təhsil və həyat bacarıqları üçün təməl qoyur. Ona görədə bu mərhələdə uşaqların aldığı təhsilə xüsusi diqqət yetirmək lazımdır. Mən müasir dövrün tələblərinə uyğunlaşdırılmış tədris metodlarım ilə şagirdlərimə qoyduğum bünövrə ilə onlar dərin bilik və bacarıqlar aşılayıram. Əgər sizdə uşağınızın inkişafını izləmək və uğurlarına şahid olmaq istəyirsinizsə dərslərimizlə, fərqli metodlarımız ilə daha yaxından tanış ola bilərsiniz. Mən Azərbaycan dili, Riyaziyyat, Təbiət elmləri, İnformatika, Sosial & ətraf mühit, Ədəbiyyat dərslərini tədris edirəm. Dərs prosesində fərdi yanaşmalar tətbiq edirəm. Şagirdlərimin intelektual, sosial və emosional, psixoloji inkişafına xüsusi diqqət edirəm.

Nudanə Qasımova
Nudanə Qasımova
  1 ilə qədər
Rəy yoxdur

Proqramın təsviri

İbtidai sinif, uşaqların məktəb həyatına ilk addımlarını atdığı və onların təhsil yolunda əsas bilik və bacarıqları əldə etdiyi dövrdür. Bu mərhələ, uşaqların məktəb mühitinə uyğunlaşmasını və təhsil həyatına motivasiyasını təmin etmək üçün əhəmiyyətli bir dövrdür. İbtidai siniflər 1-ci sinifdən 4-cü sinfə qədər olan mərhələləri əhatə edir. Aşağıda ibtidai sinifin müxtəlif aspektlərini tam şəkildə təsvir edirəm:

Azərbaycan dili

  • Oxuma: Şagirdlərə hərfləri, hecaları, sözləri və sadə cümlələri oxumaq öyrədilir.
  • Yazma: Hərfləri yazmaq, söz və cümlələri düzgün yazmaq bacarıqları inkişaf etdirilir.
  • Danışıq və Dinləmə: Əsas ünsiyyət bacarıqları, dinləmə, müzakirə və fikirlərini ifadə etmə bacarıqları tədris olunur.
  • Ədəbiyyat: Nağıllar, hekayələr, şeirlər və digər ədəbiyyat nümunələri ilə tanışlıq, ədəbiyyat sevgisi aşılanır.

Riyaziyyat

  • Əsas Riyazi Əməliyyatlar: Toplama, çıxarma, vurma və bölmə əməliyyatları öyrədilir.
  • Şəkillər və Nömrələr: Şəkilləri tanımaq, nömrələri yazmaq və oxumaq bacarıqları inkişaf etdirilir.
  • Geometriya: Sadə geometrik şəkillərin tanınması və xüsusiyyətləri (dairə, kvadrat, düzbucaq və s.).
  • Ölçmə: Uzunluq, kütlə, həcm ölçüləri və ölçmə bacarıqları.

Təbiət Elmləri

  • Ətraf Mühit: Bitkilər, heyvanlar, təbiət hadisələri və onların xüsusiyyətləri öyrədilir.
  • Sağlamlıq: Şəxsi gigiyena, sağlam həyat tərzi, qida vərdişləri və xəstəliklərdən qorunma.

Sosial və Emosional İnkişaf

  • Davranış Qaydaları: Məktəb qaydalarına riayət etmə, sosial normalar.
  • Əməkdaşlıq: Qrup şəklində işləmək, dostluq və əməkdaşlıq bacarıqları.
  • Emosional İnkişaf: Öz hisslərini anlamaq, başqalarının hisslərinə hörmət etmək.

2. Tədris Metodları

  • Aktiv Öyrənmə: Şagirdlərin dərslərdə aktiv iştirakını təmin edən metodlar, oyunlar və qrup işləri.
  • Fərdi Yanaşma: Şagirdlərin fərdi ehtiyaclarına uyğunlaşmaq və fərqli öyrənmə üslublarını nəzərə almaq.
  • Əyləncəli və Motivasiyaedici Yanaşma: Dərsləri maraqlı və əyləncəli etmək üçün müxtəlif aktivliklər, oyunlar və layihələr.

4. Valideynlərlə Əlaqə

  • Əməkdaşlıq: Valideynlərlə müntəzəm görüşlər, şagirdlərin irəliləyişini müzakirə etmək.
  • Əlaqə: Evin təhsil prosesini dəstəkləməsi, valideynlərə tövsiyələr və məlumatların verilməsi.

İbtidai siniflərdə əsas məqsəd uşaqlara geniş bilik və bacarıqlar qazandırmaqla yanaşı, onların təhsil həyatına marağını artırmaq və inkişafını dəstəkləməkdir. Bu dövrdə qazandıqları bacarıqlar, gələcək təhsil mərhələlərində uğur qazanmaq üçün əsas olacaq.

Sizin tədris planınız

4 dərs

$7.76 dərs başına
  Həftədə 1 dərs
$31.06
$31.06 aylıq
Ən populyar

8 dərs

$7.76
$6.47 dərs başına
  Həftədə 2 dərs
$62.12
$51.76 aylıq

12 dərs

$6.47 dərs başına
  Həftədə 3 dərs
$77.65
$77.65 aylıq

20 dərs

$6.47 dərs başına
  Həftədə 0 dərs
$129.41
$129.41 cəmi
Nudanə Qasımova

Nudanə Qasımova

Haqqında

Təhsil: Azərbaycan Dövlət Pedaqoji Universiteti SABAH qrupları. 

İxtisas: İbtidai sinif müəllimliyi.

Təcrübələr: 
• Hədəf STEAM liseyi. 
 214 nömrəli tam orta məktəb.

 • “Sağlam Təhsil-Sağlam Millət” layihəsi. 

• Azərbaycan gənc müəllimlər assosiyası. (AGMA)
Könüllü proqramlar: 

•“Birkönüllü” gənclər təşkilatı. 

• Azərbaycan Könüllü Təşkilatları İttifaqı. 

Təlimlər:

• "Müəllimlik Peşəsinə ilk Addımlar” adlı təlimdə 3 ay iştirak. 
• STEAM təlimləri. 
• Nitq inkişafı təlimləri. 

Sertifikatlar: 

• VI İnternational Scientific Conference of Young Researchers certificate. (Beynəlxalq certificate) 
• "İbtidai siniflərdə yazılışı çətin sözlər üzrə işin təşkili" tezisi. 

• "Müəllimlik Peşəsinə ilk Addımlar” adlı təlim sertifikatı.

• Certificate of SABAH groups from the Ministry of Science and Education of the Republic of Azerbaijan. Primary school teacher. 

• "Azərbaycan gənc müəllimlər assosiasiyası" sertifikatı.

Rəy yoxdur