İndiki dövrdə çin dili ən çox danışılan dillərdən birdir. Düşünürük ki, gələcək nəslin bu dili öyrənməsi onların gələcək həyatında mühim rol oynayacaq.
Bu proqramın əsas məqsədi uşaqlara Çin dili və onun quruluşu haqqında təməl bilgilər verməkdir. Bu proqramda Çin dili maraqlı oyunlar, nağıllar, qısa videolar ilə daha da maraqlı şəkildə tədris olunacaq. Qısa müddətdə övladlarınız gündəlik Çin ifadələri və cümlələri ilə öz fikirlərini izah edə biləcəklər Çin heroqlifləri yaza biləcəklər. Hər dərsin əvvəlində keçmiş dərsi xatırlatmaq üçün vaxt ayrılacaq. Bir müddətdən bir övladınızın biliyini qiymətləndirmək üçün test keçiriləcək.
Salam! Mənim adım Abdullayeva Gülçin. Hal-hazırda Azərbaycan Dillər Universitetinin Çinşünaslıq ixtisasında təhsil alıram. Gələcək planlarımdan biri Çində təhsilimi davam etdirməkdir.