Qlobal miqyasda 1,2 milyarddan çox Office istifadəçisi olan Microsoft Office bütün dünya üzrə şirkətlər və təhsil müəssisələri tərəfindən geniş istifadə olunur. Microsoft Office-i öyrənmək sizə karyeranız boyu istənilən yerdə istifadə edə biləcəyiniz bacarıqlar verir.
MİCROSOFT OFFİCE 365 PROQRAMLARI VƏ ONLARIN İSTİFADƏSİ
Microsoft Office kompüterdə məhsuldarlığa və ümumi tapşırıqların yerinə yetirilməsinə kömək etmək üçün nəzərdə tutulmuş proqramlar dəstidir. Siz mətn və şəkillərdən ibarət sənədlər yarada və redaktə edə, elektron cədvəllərdə və verilənlər bazalarında verilənlərlə işləyə, təqdimatlar və posterlər yarada bilərsiniz.
Nə Daxildir?
Niyə Microsoft Office-dən istifadə etməyi öyrənməlisiz?
Peşəkarlar, şagirdlər, tələbələr üçün Microsoft Office üstünlükləri:
1. Peşəkar görünən sənədlərin yaradılması
2. Excel proqramında verilənlərin təşkili və təhlili
3. Maraqlı təqdimatların yaradılması
4. Sinif yoldaşları və müəllimləri ilə əməkdaşlıq
5. İstənilən yerdə, istənilən vaxt daxil olmaq
6. Diqqətinizi cəmləməyinizə kömək edə bilər
7. Sadə və istifadəsi asandır
8. Universal proqram təminatı mövcuddur və s.
Təhsil: Azərbaycan Dövlət Pedaqoji universiteti SABAH qrupları Riyaziyyat və informatika müəllimi
Təlimlər və layihələr:
1. "Uğurlu gələcək" layihəsində iştirak;
2. STEAM SABAH Qrupları layihəsi çərçivəsində təlimdə iştirak;
Keçirilən mövzular: "Layihə əsaslı öyrənmə"(PBL), Birplatalı platforma üzərində kodlaşdırma (Micro:bit), Modelləşdirmə və Dizayn (3D- CAD) Tinkercad proqramı.
3. "Gələcək Müəllimlərin Peşəkar İnkişafı" kursunda iştirak;
Keçirilən mövzular: İKT bacarıqları, Məntiq cəbri, Goggle Sənədlərlə iş, İnformasiya təhlükəsizliyi, 3D modelləşdirmə,Python prqoramlaşdırma dilinin əsasları, verilənlər bazası, "SCRATCH" proqramlaşdırma dilinin əsasları, Veb tərtibatın əsasları.
4. "STEAM Azerbaijan" layihəsi çərçivəsində "Training for Trainers" təlimində iştirak;
5. "Rəqəmsal bacarıqlar" adlı təlimdə sentyabr ayından təlimlərdə iştirak edirəm. ( proqram hələ davam edir)
Yarışlar:
1. International STEAM Azerbaijan Festival" University Hackathon üzrə komanda ilə bürünc medal qazanmışam.(3cü yer qalibi)
2. Teknofest Azərbaycan yarışında iştirak;
3. "Şuşa ili"-nə həsr olunmuş İT üzrə bilik yarışmasında iştirak.