Azərbaycan dilini şagirdlərimə tədris edərkən əsas məqsədim, onların müxtəlif metodlarla çox rahat şəkildə tapşırıqlarını işləmələrinə dəstək olmaqdır. Bu metodlar şagirdlərin əylənərək, qısa bir zamanda ev tapşırıqlarını yerinə yetirməsinə dəstək olur, həmçinin tapşırıqları yerinə yetirərkən mövzunu da dərindən mənimsəmiş olur.
Şagirdlər mövzunu öyrənməklə yanaşı, öyrəndikləri bilikləri tətbiq etmə bacarığına da sahib olacaqlar. Eyni zamanda, biliklərini məktəb fəaliyyətində də tətbiq edib, tapşırıqlarını fərdi olaraq həll edə biləcəklər.
Salam! Mən Aysel Cavadzadə.
Xəzər Universiteti Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi ixtisasından məzunam. Müəllimlik fəaliyyətimə isə artıq 1 ildir ki, başlamışam. Tədris fəaliyyətimdə əsas məqsədlərimdən birincisi şagirdlərimlə maraqlı vaxt keçirmək və onlara faydalı ola biləcək bilik ötürməkdir. Şagirdlərimin fikirləri, təəssüratları mənim üçün öncəlik təşkil edir.