Gələcək karyeranızı dizayn sahəsində qurun!
Figma platforması ilə rəqəmsal dizayn bacarıqlarınızı inkişaf etdirin, vizual düşünmə qabiliyyətinizi gücləndirin və yaradıcılığınızı yeni səviyyəyə qaldırın. İstifadəçi interfeysi (UI) və istifadəçi təcrübəsi (UX) dizaynını öyrənərək veb və mobil tətbiqlər üçün peşəkar layihələr hazırlaya bilərsiniz.
Figma-nın çevik və interaktiv imkanları sayəsində dizayn prosesini daha sürətli və səmərəli şəkildə idarə edəcək, prototiplər yaradacaq və real layihələr üzərində işləyərək gələcək karyeranızı möhkəmləndirəcəksiniz. İstər yeni başlayan, istərsə də təcrübəli dizayner olun, Figma sizə müasir dizayn dünyasında irəliləmək üçün geniş imkanlar təqdim edir!
Figma, sadə və intuitiv interfeysi ilə dizayna yeni başlayan uşaqlar və gənclər üçün ideal bir platformadır. Bu proqram istifadəçilərə interaktiv və kreativ şəkildə dizayn etməyi öyrədir. Uşaqlar və yeniyetmələr Figma vasitəsilə istifadəçi interfeysi (UI) və istifadəçi təcrübəsi (UX) dizaynını asanlıqla mənimsəyərək vizual düşünmə və yaradıcı problem həll etmə bacarıqlarını inkişaf etdirirlər.
Figma dərsləri dizaynı sadədən mürəkkəbə doğru öyrənməyə imkan yaradır. Komponentlər, vektor qrafikası və prototiplərlə işləmək uşaqlara rəqəmsal məhsullar yaratmağı öyrədir və onların dizayn bacarıqlarını formalaşdırır. Bundan əlavə, platformanın bulud əsaslı olması sayəsində uşaqlar fərqli cihazlardan öz layihələrini idarə edə, komanda şəklində işləyə və dizaynlarını rahatlıqla paylaşa bilirlər.
Figma həm də riyaziyyat və məkan anlayışlarını inkişaf etdirməyə kömək edir. Şəbəkə sistemləri, ölçülər və proporsiyalar üzərində işləyərkən uşaqlar həndəsi və məntiqi düşüncələrini daha da möhkəmləndirirlər. Bu da onlara təkcə dizayn sahəsində deyil, eyni zamanda mühəndislik və digər texniki sahələrdə də üstünlük qazandırır.
Salam, mən Mətanət Əhmədova 2018-2023 illərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti, SABAH qrupları, riyaziyyat və informatika müəllimliyi ixrisasında təhsilimi bitirmişəm. Bununla yanaşı bir sıra təlimlərdə və yarışlarda iştirak etmişəm.
TƏLİMLƏR
2021 Karyera Məsləhətçilərinin Peşəkar İnkişaf Kursu
2021 Gələcək Müəllimlərin Peşəkar İnkişafı Kursu
2021 SABAH Qrupları layihəsi çərçivəsində STEAM təlimi
2022-2023 Gələcək Müəllimlərin Peşəkar İnkişafı Kursu - fərqlənmə sertifikatı ilə
2023 Microsoft Certified Educator təlimi
2023 Səidə Əhmədova: “Yeniyetmə psixologiyası”
2023 Xülya Cəfərova: “Gözəl nitq - Uğurlu gələcək”
2023 İlahə Rəsulova: “Məktəbəqədər təhsil”
2023 UX/UI dizayner Menta Academy
2024 UX/UI dizayner IT Brains Academy
2025 DesignTech 2025 Friends of Figma Baku
YARIŞLAR VƏ NALİYYƏTLƏR
2016 “Yaşamaq üçün ölənlər ” inşa müsabiqəsində 3-cü yer
2019 Milli Debat Proqramı çərçivəsində SABAH qruplarında təhsil alan tələbələrin iştirakı ilə keçirilən “SABAH V Tələbə Debat Forumu”nun iştirakçısı
2019 “Uğurlu gələcək” layihəsində iştirak
2020 TEC Təlim Departamentinin təşkilatçılığı ilə keçirilən “Gələcəkdəki Sən” forumunda iştirak
2020 “Tələbə uğur forumu”nda iştirak
2022 TEXNOFEST Azərbaycan
2022 "Şuşa ili"nə həsr olunmuş IT üzrə SABAH-ın Bilik Yarışı
2022 "Şuşa ili" nə həsr olunmuş Təhsil üzrə SABAH-ın Bilik Yarışı
2022 İnternational STEAM Azerbaijan Festival çərçivəsində University Hackaton kateqoriyası üzrə bürünc medal
2023 74th İnternational Astronautical Congress çərçivəsində 1. IAF Space Education and Outreach Synposium 2. Hands-on Space Education and Outreach kateqoeiyalrı üzrə “GalaXy 101" adlı oyun və “The sience of Astronomy” adlı platforma layihələrinin komanda ilə birlikdə təqdimatı
2023 Microsoft Certified Educator Ahmedova Matanat has successfully completed the requirements to be recognized as a Microsoft Certified Educator for Technology Literacy for Educators - 21st Century Learning Design.