Övladınızın saniyələr içində 4 rəqəmli ədədləri belə hesablamasını, güclü yaddaş və diqqətə sahib olmasını istəyirsinizsə mental arifmetika sizin üçündür.
Bu proqram zamanı mən ilk olaraq uşaqlara "abaküs" üzərindən hesablamağı öyrədəcəm, sonra isə zehndə hesablamağı. Dərs zamanı əylənməyi də unutmayacağıq. Məntiq, yaddaş və diqqət oyunları ilə sizin övladınız əylənərək inkişaf edəcək.
Sizi dərslərimdə gözləyirəm!
Salam. Mən, Nigar Əhmədova artıq 4 ildir ki, riyaziyyat müəllimi kimi fəaliyyət göstərirəm. Dövlət imtanhanından öz şəhərim üzrə 1-ci yer, respublika üzrə isə 11 yer tutmuşam. Əminəm ki, mənimlə övladınız həm sürətlə hesablamağı bacaracaq, həm də riyaziyyatı sevəcək.