Psixologiya

Gələcəyi Planlaşdırma

İndiki dövrdə yeniyetmələrdə o cümlədən yetkinlərdə də çox vaxt şahid olduğumuz problemlərdən biri olan gələcəyi planlaşdırmaqla bağlı problemlərdən qurtulmaq və övladınızın həyata bir-sıfır öndə başlamağını istəyirsənizsə bu proqram tam sizə görədir. Siz də övladınızın öz şəxsi dünyasını kəşf edib onları digər həmyaşıdlarından fərqləndirən xarakter və xüsusiyyətlərini öyrənməsini, özlərinə olan güvənlərini inkişaf etdirib gələcəklərini doğru şəkildə planlamasını istəyirsinizsə dərslərimizə qoşula bilərsiniz.

Lamiyə Əlizadə Lamiyə Əlizadə
Rəy yoxdur

Proqramın təsviri

İndiki dövrdə yeniyetmələrdə o cümlədən yetkinlərdə də çox vaxt şahid olduğumuz problemlərdən biri olan gələcəyi planlaşdırmaqla bağlı problemlərdən qurtulmaq və övladınızın həyata bir-sıfır öndə başlamağını istəyirsənizsə bu proqram tam sizə görədir. Mən psixo-pedoqoq Lamiyə Əlizadə ilə bərabər uşaqlarınız oyunlar, nağıllar o cümlədən rəsimlərlə analiz olunduqdan sonra onlara uyğun programları hazırlayaraq onların gələcək yollarında onlar üçün işıq olacam. Siz də övladınızın öz şəxsi dünyasını kəşf edib onları digər həmyaşıdlarından fərqləndirən xarakter və xüsusiyyətlərini öyrənməsini, özlərinə olan güvənlərini inkişaf etdirib gələcəklərini doğru şəkildə planlamasını istəyirsinizsə dərslərimizə qoşula bilərsiniz. Dərslərimiz dinamik, danışmağa, uşaqların özlərinin fərqində olmalarına, o cümlədən özlərinə güvənərək gələcək həyatlarına addımlayarkən qorxmadan və çəkinmədən addımlamasına uyğun hazırlanmışdır.

 

  • Faydalar və öyrənmə məqsədləri
  • Bu dərslərdə uşaqlarınız özünə inanmağı, özünün və duyğularının fərqində olmağı, streslə başa çıxmağı, qərar qəbul etmə bacarıqları və daha nələr nələr qazanacaq
  • Nə qədər vaxt ayırmaq lazımdır?
  • Bizim dərslərdə ev tapşırıqları əsasən həyat yönümlü olacağı üçün gün içərisində verdiyim tapşırıqları maksimum 20 dəqiqə zaman ayıraraq edə bilərlər
  • Ev tapşırığı
  • Hər bir dərsə və fərdə uyğun ev tapşırıqlarımız olacaqdır.
  • Ləvazimatlar
  • Dəftər, A4 kağızı, qələm və karandaşlar lazım olacağı kimi əlavədən dərslərə uyğun ləvazimatları bir dərs öncədən uşaqlara bildirəcəyəm.
Lamiyə Əlizadə preview

Lamiyə Əlizadə

Rəy yoxdur
Copyright © 2021 SCHOOLPLUS. Bütün müəllif hüquqları qorunur.